Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Globalinfo.az xəbər verir ki, Naxçıvan MR mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əli oğlu Əliyevin işdən azad olunması barədə əmr verib.

Digər əmrə əsasən, Mübariz Əliyev Şahbuz rayon Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.

Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şöbənin məsləhətçisi Elvin Eldəniz oğlu Səfərova həvalə edilib.

***

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Xudaverdi oğlu Həsənov işdən azad olunub. 

Globalinfo.az xəbər verir ki, Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Culfa Şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Hüseynli Füzuli Cabbar oğluna həvalə edilib.