Füzuliyə müntəzəm reyslər açılır – AÇIQLAMA / FOTO

Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-dən Globalinfo.az-a verilən xəbərə görə, aviaşirkət iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək.

Uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.