NATO və Aİ ölkələri Ukraynaya qoşun göndərir – Nə baş verir?

“NATO və Avropa İttifaqına üzv olan bir neçə dövlət Ukraynaya əsgər göndərməyi planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.

“Bu tezislər bəzi NATO və Aİ ölkələrinin ikitərəfli əsasda Ukraynaya öz qoşunlarını göndərmək imkanlarını nəzərdən keçirdikləri anlamına gəlir. Ancaq əsgərlərin hansı məqsədlə göndəriləcəyi və orada nə edəcəkləri haqda heç nə deyə bilmərəm”, – Fiko vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az