Qarabağda 16 kəndimiz boşaldıldı – YENİLƏNİB

Xocalının Pirlər, Xanabad, Əsgəranın Ağbulaq, Naxçıvanlı, Xocavəndin Cütcü və Ağdərənin Canyataq kəndlərindən mülki erməni əhalisi təxliyə edilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə qondarma rejimin “ombudsmanı” məlumat yayıb.

Bundan əlavə, separatçılar Qızıloba, Dağyurd, Şuşakənd, Xacmac kəndindən mülki erməniləri təxliyə edib.

Qeyd edək ki, Canyataq kəndi 1992-ci ilə qədər Ağdərəyə aid olub. Həmin ilin oktyabrın 13-dən isə Tərtər rayonunun inzibati tərkibinə daxil edilib.

Ümumilikdə 16 yaşayış məntəqəsindən 7 mindən çox insan (16 kənddə 7 min insanın yaşaması inandırıcı deyil – red.) təxliyə edildiyi iddiası səsləndirilib.

Xatırladaq ki, Azərbaycan tərəfindən əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.