“Baş nazirin 2020-ci ilin payızında döyüşlərin dayandırılması barədə danışıqlarla bağlı bəyanatları yalandır”.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni müxalif deputat Ayk Mamicanyan danışıb.
Paşinyanın “azərbaycanlıların məskunlaşmasından sonra Şuşa Azərbaycan şəhərinə çevrilə bilərdi” fikrinə münasibət bildirən deputat qeyd edib ki, bu proses vaxt tələb edirdi və müharibədən üç il keçməsinə baxmayaraq, Azərbaycan hələ də məskunlaşma üçün tələsmir:
“Bundan əlavə, 2020-ci ilin oktyabrında Şuşanı saxlamaqla atəşkəsə nail olmaq üçün real imkan vardı”.
A.Mamicanyan həmçinin Nazirlər Kabineti rəhbərinin 2020-ci ilin oktyabrında müxtəlif partiyaların təmsilçiləri ilə görüşlərinə də toxunub:
“Oktyabrın 19-da Paşinyan iştirakçılara bildirdi ki, müharibə artıq uduzulub və o, Rusiya prezidentindən ölkə torpaqlarının müdafiəsi üçün Zəngəzurda Rusiya bayraqları qoyulmasını istəyib”.
Tahir Turan
Globalinfo.az