Müharibə Qorbaçovun bu səhvinə görə başladı – Putinin adamı

NATO həmişə SSRİ-yə qarşı idi və buna görə də alyans genişlənməyə başlayanda onun Rusiya ilə problemi yarandı.

Globalinfo.az xəbər verir ki, bunu məşhur rusiyalı aparıcı, Rusiya Prezidenti Vladimir Putinin əsas təbliğatçılarından olan Vladimir Pozner deyib.

“Zamanında Mixail Qorbaçov NATO-nun genişlənməməsi barədə sənədi imzalamaqdan imtina edəndə səhvə yol verdi. Nəticədə yalnız şifahi razılıq əldə olundu”, – o bildirib.

Pozner Vladimir Putinin Qərbi xüsusilə Ukraynanın NATO-ya üzv olmaması üçün xəbərdar etdiyini xatırladıb:

“Əvəzində ayının burnuna vurdular. Ümid edirdilər, o, Ukrayna adlı tələyə düşəcək. Putinin hazırkı fəaliyyətinin vacib səbəbi onun Ukraynanı NATO-da görmək istəməməsidir. Hazırda top ABŞ tərəfdədir, çünki Zelenski 100% ondan asılı vəziyyətdədir”.

Aparıcı etiraf edib ki, Rusiyada intellektual təbəqə Putinə qarşıdır, lakin bu, çox kiçik qisimdir.

İlkin Həsənov
Globalinfo.az