Mübariz Mənsimov yeni telekanal açır

Mübariz Mənsimov Türkiyədə televiziya kanalı açır.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, “Palmali” şirkətinin sahibi Mənsimov “Ekol Tv” adlı kanalı alıb.

Məlumata görə, texniki işlər başa çatdıqdan sonra təhvil-təslim prosesi həyata keçiriləcək. Televiziya kanalı üçün komandanın formalaşdırılmasına gələn aydan başlayacaq.

Televiziya kanalının aprel ayından fəaliyyətə başlaması planlaşdırılır.