Mübahisə etdiyi bibisini bıçaqladı

Bakıda 21 yaşlı gənc bibisini bıçaqlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Yusif Hüseynzadə münaqişə zəminində bibisi, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynovaya 3 bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, Yusif Hüseynzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.