Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyası, Milli Cəbhə Partiyası və Böyük Azərbaycan Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması barədə qərar qəbul edilib.
Globalinfo.az xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova məlumat verib.
Beləliklə, Böyük Quruluş Partiyasından 17 nəfər, Milli Cəbhə Partiyasından 15 nəfər, Böyük Azərbaycan Partiyasından isə 50 nəfər vəkil edilmiş şəxs kimi qeydə alınıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.