Moskvada məxfi danışıqlar: ermənilər son anda şərt irəli sürdülər

“Moskvada mövcud vəziyyəti ciddi qəbul edirlər və hesab edirlər ki, Azərbaycan güzəştə getmək niyyətində deyil”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşrində bildirilib.

“Bizim, Qərb dairələrinin və beynəlxalq təşkilatların vəziyyəti bir qədər sakitləşdirmək üçün atdığı addımlar əbəs yerədir. Bakı geri çəkilmir”, – nəşrə danışan mənbə qeyd edib.

Rusiyanın XİN rəhbəri təkliflə çıxış edib və bu, Azərbaycan tərəfi, eləcə də ermənilər üçün məqbul sayılıb. Belə ki, Ağdam yolundan yüklərin daşınmasına başladıqdan bir sutka sonra Laçın yolunun da açılması planlaşdırılıb. Lakin ermənilər yolun 24 saat sonra deyil, dərhal açılmasını tələb ediblər və Ağdam yolu vasitəsilə Azərbaycan məhsullarının çatdırılmasını istəməyiblər. Nəticədə heç bir razılıq reallaşmayıb.

Mənbə hesab edir ki, Ağdamdan Xankəndiyə yol açılacaq.

Tamerlan Yayaqan
Globalinfo.az