Mirzoyandan KTMT açıqlaması: “Ehtiyac var…”

“Biz pozulmuş mexanizmin bir hissəsi olmaq istəmirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat  Mirzoyan KTMT haqqında danışarkən deyib.

“Biz KTMT-nin üzvüyük. Təşkilatın missiyası üzv dövlətlərin suveren ərazilərini və sərhədlərini qorumaqdan ibarətdir. Amma üzvü olduğumuz təşkilatdan lazımi addımı görmədik. Ona görə də Ermənistan cəmiyyətində suallar yaranıb və biz işləməyən mexanizmin bir hissəsi olmaq istəmirik. Hərçənd hələ də KTMT-nin üzvüyük. Çalışmalıyıq ki, bütün mövcud mexanizmlər işləsin və buna ehtiyac var”, – Mirzoyan bildirib.

Mirzoyan Ermənistan-Rusiya münasibətləri kontekstində müəyyən problemlərin olduğunu etiraf edib.

“Problemlər arasında tam qarşılıqlı anlaşma tələb edən məsələlər var. Amma hesab edirəm ki, belə problemlər bütün münasibətlərdə mövcuddur. Ermənistan-Azərbaycan sərhədi boyunca sabitliyin təmin edilməsi ilə yanaşı, biz digər tərəfdaşlarla, o cümlədən Aİ və ABŞ-la əlaqələrimizi dərinləşdiririk. Onlar bizim əsas tərəfdaşlarımızdır”, – deyə Mirzoyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az