Mirzoyan Türkiyədə ikitərəfli görüşlər keçirəcək – Badalyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 1-dən 3-dək Türkiyənin Antalya şəhərində işgüzar səfərdə olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Mirzoyanın Türkiyədə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.

“Müzakirələrdə və ikitərəfli görüşlərdə iştirak planlaşdırılır”, – Badalyan vurğulayıb.

Xatırladaq ki, 28-29 fevral tarixlərində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlində səfərdə olub və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Əliyar Xəlil
Globalinfo.az