Minasyan vəzifəsindən azad edildi

Minasyan vəzifəsindən azad edildi

Ermənistanın ədliyyə naziri Qriqor Minasyan vəzifəsindən azad edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb.

Ermənistan KİV yazır ki, Minasyanın 2022-ci ildə sözügedən vəzifəyə təyin edilməsi hakim partiyada fikir ayrılığına səbəb olub. Bir qədər əvvəl isə Ermənistanın hakim “Mülki müqavilə” fraksiyası Minasyanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı imza toplanmasına başlayıb.