Meyit qalıqlarının eskpertizası xaricdə həyata keçirilir?

“Müəyyən edilmiş meyit qalıqlarının ekspertizası yalnız ölkə daxilində həyata keçirilir, bunun üçün bütün zəruri və mütəxəssislərimiz, təcrübəli, ixtisaslı ekspertlərimiz var”.

Globalinfo.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Selcan Familzadə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində deyib.

“Daha konkret desək, təyin olunmuş ekspertizların icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinə tapşırılıb” – o,bildirib.

Ayşən Mustafa
Globalinfo.az