Məxfi iclas: İrəvanı qorxu bürüdü – “Təhlükə var, ilk bura “vurulacaq”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən parlamentdə qapalı iclasda olub. Toplantıda Ermənistanın Avropa İttifaqına üzvlüyünə namizəd olmaq üçün müraciət edəcəyi təqdirdə onu gözləyən təhlükə və imtiyazlar, eləcə də digər məsələlər müzakirə edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Qəzet bildirir ki, iclasın əvvəlində maliyyə nazirinin müavinlərindən biri deputatlara Ermənistanın Rusiyadan iqtisadi asılılığı barədə geniş hesabat təqdim edib və ölkənin Aİ-yə keçməsi nəticəsində hansı risklərlə üzləşəcəyini açıqlayıb.

A.Qriqoryan İrəvanın Aİ-yə yönələcəyi təqdirdə Rusiyanın “Yuxarı Lars”ı bağlayacağını ehtimal edib.

“Qriqoryan Ermənistanın Rusiyaya göbək bağı ilə bağlı olduğunu etiraf edib və kəskin addımlar atılacağı təqdirdə “Yuxarı Lars” yolunun erməni yükdaşıyıcılarının üzünə bağlanma təhlükəsinə dair fikir bildirib. Qərbin problemlərimizi həll etməyə hazır olub-olmaması ilə bağlı suala cavabında deyib ki, onlardan belə bir istək gəlməyib.

Armen Qriqoryanın cavablarından belə təəssürat yaranıb ki, hökumət nəinki Ermənistanın Aİ-yə daxil olmasının tərəfdarıdır, əksinə əleyhinədir”, – “Hraparak” yazıb.

Tamerlan Yayaqan
Globalinfo.az