Metronun “28 May” stansiyasının qarşısındakı işlərin yekunlaşacağı tarix AÇIQLANDI

Metronun “28 May” stansiyasının qarşısındakı Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılıb.

Globalinfo.az xəbər verir ki, Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, bu gündən əraziyə texnikalar cəlb olunub:

“Bu həftədən sözügedən ərazi hasara alınıb. İşlərin oktyabr ayının sonuna kimi yekunlaşacağı planlaşdırılır”.