Messidən Türkiyə paylaşımı – Foto

Argentinalı futbolçu Lionel Messi Türkiyədəki zəlzələ ilə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, Messi instaqram hesabındakı paylaşımında zəlzələ qurbanlarına diqqət çəkib.

“Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və ailələrinə görə çox kədərli günlər yaşayırıq. Ürəyim onlarladır. UNICEF ilk gündən bölgədə uşaqları qorumaq üçün çalışır. Sizin köməyiniz çox önəmlidir”, argentinalı futbolçu qeyd edib.

Türkiyəli futbolçu Merih Dəmiralın başlatdığı imzalı forma kampaniyasına Lionel Messi də qatılıb. Argentinalı futbolçunun imzalı formasının satışından əldə olunan gəlir zəlzələdən zərər çəkənlərə bağışlanacaq.

 

View this post on Instagram

 

A post shared by Leo Messi (@leomessi)