Məşhur iş adamının villasında və ofisində axtarış aparılır – YENİLƏNDİ

Azərbaycan əsilli, rusiyalı milyarder Fərhad Əhmədovun evində və obyektlərində axtarışlar aparılır.

APA-nın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milyarderin Göyçayda yerləşən villasında da axtarışlar keçirilib.

***

Milyarder Fərhad Əhmədovun Göyçay rayonunda obyektlərində axtarış aparılması barədə məlumat yayılıb.

Globalinfo.az xəbər verir ki, Haqqin.az-ın öz mənbələrinə istinadən yaydığı məlumata görə, Fərhad Əhmədovla bağlı Dövlət Təhlükəsizlik Xidmətində suallar yaranıb.

Saytda bildirilir ki, milyarderin saxlanılması barədə məlumatlar isə həqiqətə uyğun deyil.

Qeyd edək ki, Fərhad Əhmədov Göyçaydakı “Aznar” şirə zavodunun sahibidir. O, 2022-ci il üçün Rusiyanın “Forbes” siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

2022-ci ilin aprelində Aİ və Böyük Britaniya oliqarxa qarşı sanksiyalar tətbiq edib.