Məşhur hoteldə külli miqdarda yeyinti – Cinayət işi açıldı / FOTO

“Badamdar Hotel” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Badamdar Hotel & Residences”də külli miqdarda mənimsəmə faktı qeydə alınıb. 

Globalinfo.az “Qaynarinfo”ya istinadən bildirir ki, hadisədə günahlandırılan Dünyamalı İntizam oğlu Qarayev barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Badamdar Estates” MMC-nin qanuni təmsilçisi Anar Əhmədiyə oğlu İbrahimovdur. MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 23876.42 manat vergi borcu var. Anar İbrahimov Azərbaycanda ən məşhur hotellərin baş meneceridir.