Məktəblərdə tənəffüs müddəti niyə qısadır?

“Tənəffüs vaxtlarının müəyyənləşdirilməsi məktəblərin ixtiyarına buraxılmalıdır. Məktəb öz vəziyyətinə baxıb bununla bağlı qərar verə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

“Hesab edirəm ki, bu məsələdə məktəb və valideynlərin iştirakı ilə qərar qəbul edilməlidir. Tənəffüslərin qısa olması isə ikinövbəli məktəblərdə şagirdlərin məktəbdə qalma müddətinin uzanması ilə bağlıdır. Əgər valideynlər istəyirsə, dərs 9-da başlasın, başlaya bilər. Bizim üçün tənzimləyici qurum olaraq dərsin 8-də və ya 9-da başlamasının fərqi yoxdur. Məktəb öz vəziyyətinə baxıb qərar verə bilər”.