MDB baş katibindən Ermənistan açıqlaması: “Heç bir siqnal verməyib”

“Ermənistan birlik çərçivəsində qonşuları ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev deyib.

O, İrəvanda yüksək səviyyəli şəxslərin KTMT-yə üzvlüklə bağlı bəyanatlarına diqqət çəkib.

“Ermənistan MDB-dən çıxmaq və ya birlikdə iştirakını zəiflətmək istəyi ilə bağlı heç bir siqnal verməyib. MDB və Avrasiya İqtisadi Birliyi məsələsinə gəlincə, Ermənistan birlik çərçivəsində qonşuları ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək. Buna ürəkdən sevinirəm və belə olacağına ümid edirəm” – deyə Lebedev vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az