Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri təqdim etdi – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.

Globalinfo.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ermənilərdən müsadirə edilmiş döyüş texnikası, silah və sursata baxış keçiriblər.

Səfərdə general-leytenant Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri təqdim edib.