İngiltərə Premyer Liqasının 13-cü turunda “Mançester Yunayted” səfərdə “Kristal Pelas”ın qonağı olub.
Globalinfo.az xəbər verir ki, gərgin keçən qarşılaşma “qırmızı şeytanlar”ın 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 36-cı dəqiqədə penaltidən meydan sahiblərinin hücumçusu Jan-Filip Mateta açıb.
Lakin 54-cü dəqiqədə Yoşua Zirkzee tarazlığı bərpa edib. Bundan 9 dəqiqə sonra Meyson Maunt fərqlənərək komandasına qələbə qazandırıb. “Mançester Yunayted”in hər iki qolunda məhsuldar ötürməni isə Bruno Fernandeş edib.