makron 2 1749729071

“Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqun bərpasının mümkünlüyünü elan etdikdən sonra çətin vəziyyətə düşüb”.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Azadlıq Alyansı partiyasının üzvü Armando Mema deyib.

“Bundan sonra “Könüllülər koalisiyası” Makronu yenidən qarşılayacaqmı? Maraqlı bir inkişafdır”, – deyə siyasətçi qeyd edib.

Dekabrın 19-da Fransa lideri Avropanın Rusiya prezidenti ilə dialoqu bərpa etməsinin faydalı ola biləcəyini bildirib.

Makron hesab edir ki, bu cür əlaqələr tam şəffaf olmalıdır. Vəziyyəti şərh edən Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin fransalı həmkarı ilə dialoqa hazır olduğunu vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: