makrona insanlarin gozu qarsisinda sille vurdular anbaan video 716708

“Fransa Prezidenti Emmanuel Makron Ermənistana səfər etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekotini deyib.

O, 10 gün sonra Viller-Koter şəhərində 19-cu Frankfoniya sammitinin keçiriləcəyini və buna görə də Baş nazir Nikol Paşinyanın Fransaya dəvət olunduğunu bildirib.

Dekotini Fransa XİN rəhbəri Stefan Sejurnenin İrəvana səfəri zamanı məsələnin erməni həmkarı Ararat Mirzoyanla müzakirə edildiyini vurğulayıb.

Qeyd edək ki, bundan öncə Makronun sentyabrın 21-də Ermənistana gələcəyi barədə xəbər yayılmışdı. Makron özü də Paşinyan tərəfindən Ermənistanın müstəqillik günü münasibətilə İrəvana dəvət edildiyini açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: