Mahmud Abbas: “Qəzza münaqişəsinin hərbi həll yolu yoxdur”

“Qəzza”dakı münaqişənin hərbi həll yolu mövcud deyil”.

Globalinfo.az xəbər verir ki, bu fikiri Fələstin lideri Mahmud Abbas səsləndirib.

O, Fələstin xalqının məcburi köçkünlüyünə qarşı olduğunu diqqətə çatdırıb:

“Təcili olaraq Qəzza zolağının əhalisinə humanitar yardımın çatdırılması və insanların vəziyyətinin yaxşılaşdırılması təmin olunmalıdır. Qəzza zolağı Fələstinin ayrılmaz hissəsidir. İsrail hakimiyyətinin bu ərazini Qüds də daxil olmaqla İordan çayının qərb sahilindən ayırmaq və işğal etmək cəhdi yolverilməzdir”, – deyə Mahmud Abbas İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə görüşü zamanı vurğulayıb.

Əliyar Xəlil,

Globalinfo.az