magyar

Macarıstanın yeni baş naziri Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş üzvlüyünü dəstəkləməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Peter Magyar ən azı Aİ-nin Ukrayna ilə rəsmi danışıqlara başlamasına icazə verə bilər”, – deyə bildirilib.

Eyni zamanda, agentliyin həmsöhbəti Fransa və Almaniyanın Ukraynanın Aİ-yə tam üzvlüyünə alternativləri müzakirə edəcəyini də deyib.

Qeyd edək ki, bundan əvvəlki baş nazir Viktor Orban Kiyevin Aİ-yə üzvlüyünə icazə verməmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: