Macarıstan Baş naziri: “Aİ-nin rəhbərliyi dəyişməlidir, çünki…”

“Avropa İttifaqında rəhbərlik dəyişikliyi olmalıdır, çünki indiki liderlər heç vaxt fermerlərin xeyrinə qərar qəbul etməyəcəklər”.

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban fikir səsləndirib.

Orban hesab edir ki, Avropa İttifaqında rəhbərlik dəyişikliyinə ehtiyac var, çünki qurum Ukrayna dempinqindən əziyyət çəkən avropalı fermerlərin deyil, Kiyevin maraqlarını qoruyur.

Macarıstan hökumətinin başçısı şəhərin küçələrində etiraz aksiyalarını davam etdirən belçikalı fermerlərlə də danışıb. O, fermerlərlə söhbətinin videosunu sosial şəbəkə hesabında paylaşıb.

Orban 2024-cü ilin iyununda keçiriləcək Avropa Parlamenti seçkilərinə toxunub və həqiqətən xalqın maraqlarını təmsil edən yeni liderlər tapmağın vacibliyinə diqqət çəkib.

Əliyar Xəlil,

Globalinfo.az