Lukaşenko: “Ukraynada baş verənlər təkcə Zelenskinin günahı deyil”

“Ukraynadakı hadisələrə görə məsuliyyət təkcə indiki prezidentin üzərinə düşmür”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, Ukraynada baş verənlərə görə məsuliyyət təkcə indiki prezident Volodimir Zelenskinin deyil, həm də ölkənin əvvəlki liderlərinin üzərinə düşür.

“Əvvəlki prezidentlər ölkəni soyub, xalqı yoxsulluğa sürükləyiblər, öz cibləri isə doldurublar. Bir ölkəni çökdürmək böyük əziyyət tələb etmir. Hakimiyyətdə olanların ölkədən imtina etdiklərini görmək üçün xarici banklardakı hesablarını xatırlamaq kifayətdir. Haitidən Filippinə qədər bir çox nümunələr var. Ukraynada isə bütün bu problemlər Volodimir Zelenskinin dövründə yaradılmayıb. Baş verənlərə görə təkcə o günahkar deyil. Ukraynanın birinci prezidentindən tutmuş sonuncu liderinə qədər hər kəs ölkəni talayıb və parçalayıb”, – deyə Lukaşenko vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az