Ukrayna Silahlı Qüvvələrinin Lisiçanska endirdiyi zərbələrdən sonra ölənlərin sayı 28 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Nazirlik əməkdaşları 10 nəfəri xilas edib. 1-i uşaq olmaqla 28 nəfər ölüb”, – məlumatda deyilir.
Xatırladaq ki, ötən gün işğal altındakı Luqansk vilayətinin qondarma rəhbərliyi nəzarəti altındakı Lisiçanskda çörəkxanaya zərbə endirildiyini açıqlayıb. İşğalçı qüvvələr Ukraynanı ittiham edərək rəsmi Kiyevin HIMARS-dan istifadə etdiyini iddia edib.
Ukrayna ittihamlara cavab verməyib.