Ukrayna “Leopard”ları cəbhəyə göndərdi, lakin…

Ukrayna Silahlı Qüvvələri “Leopard 1A5” tanklarını cəbhə xəttinə göndərib.

Globalinfo.az xəbər verir ki, bunu “Forbes”in analitiki Devid Eks yazıb.

O, 1950-ci illərdə istehsal olunan Rusiya T-55-lərinin bəzi aspektlərdə “Leopard 1A5”-dən daha yaxşı qorunduğunu vurğulayıb.

Bundan əvvəl Avstriya Silahlı Qüvvələrinin polkovniki Markus Raysner “Leopard” tanklarını Ukrayna Silahlı Qüvvələri üçün yararsız adlandırıb.

O da məlum olub ki, Almaniya 2024-cü ildə Ukraynaya bərpa olunmuş 25 ədəd “Leopard 1A5” tankı tədarük etmək niyyətindədir.

Safura Bənnayeva
Globalinfo.az