2023 09 23T183740Z 909673123 RC2HE3A6EXK0 RTRMADP 3 UKRAINE CRISIS UN LAVROV 1695498540

“Rəsmi Dəməşq Moskvaya bu ölkədə yerləşən Rusiya hərbi bazalarının ləğvi barədə razılaşmaya yenidən baxılması üçün müraciət etməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Suriya suveren dövlət kimi xarici tərəfdaşları ilə müqavilələr bağlamaq və ləğv etmək haqqına sahibdir.

Qeyd edək ki, hazırda Suriyada Rusiyanın iki hərbi bazası var, bunlar Tartus və Xmeymimdə yerləşir. Rusiya “Teleqram” kanalları artıq Moskvanın Suriyadan çıxmağa hazırlaşdığına dair məlumatlar paylaşmağa başlayıblar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: