Lavrov Qarabağla bağlı bunu desəydi, ölkə qarışardı

Lavrov Qarabağla bağlı bunu desəydi, ölkə qarışardı

Böyük Britaniyanın XİN rəhbəri Devid Lemminin “Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edib” cümləsi Ermənistanda gözləniləndən sakit qarşılandı.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Suren Surenyants yazıb.

O iddia edib ki, Lemminin fikri Qərbin Qarabağ məsələsinə yanaşmasını ortaya qoyur.

“Məsələ Qərbin regionda Rusiyanın təsirini zəiflətməyə yönəlmiş maraqlarıdır. Ermənilərin Qarabağdan getməsi Qərbi öz məqsədinə yaxınlaşdırıb.

İndi təsəvvür edin, Lemminin sözlərini Lavrov desəydi, Ermənistanın yüksək dairələrində hansı hay-küy yaranardı”.

Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Substack” platformasında nəşr olunan xarici siyasət bülletenində Azərbaycanla bağlı pozitiv fikirlərə yer verib. Nazir yazısında bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib.

Əliyar Xəlil
Globalinfo.az