Lahıc yolunu sel basdı, əlaqə kəsildi – FOTO

Sel səbəbindən Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib.

Globalinfo.az xəbər verir ki, sel daşqınları elektrik və qaz təchizatına, fərdi evlərə, taxıl və bostan sahələrinə zərər dəyib.

Qeyd edək ki, bu gün ölkəmizin bir sıra rayonlarında leysan yağışları yağıb, sel və daşqınlar olub. Təsərrüfatlara ziyan dəyib, xəsarət alanlar var.