Laçında minaya düşən şəxslərlə bağlı son dəqiqə məlumatı açıqlanıb. Belə ki, hər iki şəxs tikintidə işləyən ustalardır.
Globalinfo.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi xəbər yayıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.
Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal polis əməkdaşkarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb. Hazırda onların müalicəsi davam etdirilir.














