Vüqar Qurbanovun qardaşına AMB-də yüksək vəzifə verildi

vuqar qurbanov

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə yeni təyinat olub.

Globalinfo.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, bu vəzifəyə Vüsal Qurbanov təyinat alıb. O, buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.

Bundan başqa, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.

Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

Qeyd edək ki, Unikal.az-ın əldə etdiyi məlumata görə, yeni vəzifəyə təyinat alan Vüsal Qurbanov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun qardaşıdır.

Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə idarəetməsi departamentinin, Tərlan Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin rəhbəri olub.

Beləliklə Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.

merkezi-bankda-yeni-teyinat

Vüsal Qurbanov