1759682882.1697897961 1697815685 qeza a1

Gecə saatlarında Xocalı yolu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, hadisə zamanı Azərbaycan Ordusunun giziri, 1996-cı il təvəllüdlü Vüsal Quluzadə ölüb.

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Cavid Əhmədov isə ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

X X X

ŞuşaLaçın yolunda ölümlə nəticələnən qəzanın bəzi təfərrüatları məlum olub.

Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun əldə etdiyi xəbərə görə, qəza yük maşını digər nasaz yük maşınını qoşqu ilə yedəyinə alaraq hərəkət edən zaman baş verib.

    Dağ yolu ilə hərəkət edən nəqliyyat vasitəsi döngələrin birində idarəetmədən çıxaraq qəzaya düşüb.

    Qəzada ölən və xəsarət alan şəxslərin hərbçi olduğu bildirilir.

    ***11:17

    LaçınŞuşa yolunda qəza olub.

    Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. Yolda hərəkət edən avtomobil maneəyə çırpılaraq aşıb.

      Nəticədə bir nəfərin öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir.

      Faktla bağlı araşdırma aparılır.

      Paylaş: