La Liqada mövsümün ən yaxşıları

“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqhem 2023/24 mövsümü üçün La Liqanın ən yaxşı oyunçusu seçilib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Madrid klubundakı debüt mövsümündə ingilis futbolçu İspaniya çempionatı çərçivəsində 28 matçda 19 qol vurub və altı məhsuldar ötürmə edib.

Miçel isə son La Liqa mövsümünün ən yaxşı məşqçisi seçilib. Onun rəhbərliyi altında “Jirona” üçüncü yeri tutub.

“Barselona”nın 16 yaşlı yarımmüdafiəçisi Lamin Yamal mövsümün ən yaxşı gənc futbolçusu seçilib.