Kulebaya istefadan sonra yeni missiya tapşırılır

Dmitro Kuleba Ukraynanın xarici işlər naziri  vəzifəsindən istefa verdikdən sonra ölkənin NATO ilə əlaqələrini gücləndirməyə diqqət yetirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr yazır ki, Kuleba bundan sonra Ukraynanın NATO ilə əlaqələrini möhkəmləndirməyə diqqət yetirəcək, çünki müharibədən əziyyət çəkən ölkə alyansa qoşulmağa çalışır.

“Bloomberg” Zelenskinin bu kadr qərarları ilə bağlı fikirləri ilə tanış olan mənbəyə istinadən xəbər verir ki, Ukrayna diplomatı Andrey Sibiqa onu XİN rəhbəri vəzifəsində əvəz edəcək. İndi Sibiqa xarici işlər nazirinin birinci müavinidir və əvvəllər Ukraynanın Türkiyədəki səfiri və Zelenskinin aparat rəhbərinin müavini işləyib.

Ali Radada Kulebanın istefası üçün səsvermə hələlik təxirə salınıb.