Rus ordusu Ermənistanda hərəkətə keçə bilər

Rusiya-Ermənistan gərginliyi davam edir. Rəsmi Moskva siyasi sferada davam edən gərginliyi iqtisadi sferaya da keçirir. Belə ki, Kreml İrəvana məxsus kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarını “Lars” keçid məntəqəsindən buraxmır. Bundan başqa, Rusiyada işləyən yüzlərlə Ermənistan vətəndaşının ölkədən deportasiyası gündəmdədir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Rusiya çox rahat şəkildə Ermənistanda hakimiyyət dəyişikliyi edə, hətta hərbi aktivlik də nümayiş etdirə bilər:

“Lakin Moskva İrəvana ciddi ölkə kimi baxmır və buna görə də bu yola əl atmır. Əvəzində iqtisadi və siyasi təzyiqlərə üstünlük verir.

Ermənistanın tarixi missiyası Rusiyanın forpostu olmaqdan ibarətdir. Bu gün münasibətlərdəki süni gərginlik qısa müddəti əhatə edəcək məsələ deyil. Ermənistanda Sorosçuların qısa müddətdə hakimiyyətdən getməsi istisna deyil. Buna görə də Rusiya bütün təzyiq imkanlarını genişləndirir”.

Turan Rzayev
Globalinfo.az