Kreml Qarabağda passivləşir – Üçüncü ölkə regiona sızır

“Rusiyanın MDB-də rolu azala bilər, amma onun geosiyasi ambisiyaları azalmır”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Moody’s” beynəlxalq reytinq agentliyi çıxış edib.

Agentlik Moskvanın belə ambisiyalarının region üçün risklər yaratdığını bildirib. Bununla bərabər, Qarabağ konfliktində Rusiyanın passivliyi fonunda digər ölkələrin regionda mövqelərini gücləndirməyə çalışdığı vurğulanıb. Burada xüsusilə İranın adını çəkmək olar.

Agentliyin Mərkəzi Asiya üzrə eksperti Arkadi Dubnov isə deyib ki, Rusiya regionda vəziyyətin dəyişməsini istəmir:

“Rusiyanın əsas məqsədi regiondakı mövcudluğunu saxlamaqdır. Ona daha çox postsovet məkanında status-kvonu saxlamaq uyğun gəlir”.

Dubnov həmçinin regiona hazırkı şəraitdə digər güclərin gəlişinin tam real olduğunu bildirib:

“Məsələn, Ermənistan növbəti dəfə KTMT-dən çıxmasını dilə gətirdi. Əgər bu baş versə, İrəvan özündə üçüncü ölkələrin hərbi infrastrukturunu yerləşdirə bilər. Bununla bərabər, əgər amerikalılar ermənilərin təhlükəsizliyini təmin etsələr, türklər də Azərbaycanın təhlükəsizliyini təmin edəcəklər”.

İlkin Həsənov
Globalinfo.az