“ABŞ-da Prezident Co Bayden administrasiyası dönəmində COVİD-19-un yan təsirləri ilə bağlı paylaşımları silməyimiz üçün bizə təzyiq göstərirdilər”.
Globalinfo.az xəbər verir ki, bunu “Meta” şirkətinin qurucusu və rəhbəri Mark Zukerberq deyib.
O, şirkətin ciddi şəkildə təhdid edildiyini bildirib:
“Pandemiyanın tüğyan etdiyi bir zamanda dəfələrlə bizə təyiqa göstərdilər ki, virusla bağlı onların uyğun hesab etmədiyi məzmunları “Facebook”dan silək. Biz dedik ki, doğru olduğunu düşünmədiyimiz şeyləri etməyəcəyik. Onlar isə, “Cənab Zukerberq, bu, gülüncdür”, – cavabını verdilər və təzyiqlərə davam etdilər. Ağ Ev rəsmiləri koronavirusla bağlı yumoristik və satirik paylaşımları da sildirirdilər. Rədd etdiyimizi dedikdə isə haqqımızda araşdırma başladıldı. Peyvəndin yan təsirlərinin olduğunu deyən, mənfi məzmunlu paylaşımları məhdudlaşdırmağımız tələb olunurdu. Bizə deyirdilər ki, tələbləri yerinə yetirməsək, şirkətin işçiləri ilə birbaşa əlaqəyə keçəcək və onlara tək-tək təzyiq göstərəcəklər”.
Əliyar Xəlil
Globalinfo.az














