“Livandakı situasiya regional konfliktə çevrilə və bütün dünya üçün təhlükəli ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində İran Prezidenti Məsud Pezeşkian deyib.
“Təhlükə odur ki, Livandakı hadisələr yanğını bütün regiona yayıla bilər. Biz imkan verməməliyik ki, Livan İsrailin əlində növbəti Qəzza olsun”, – o bildirib.
Pezeşkian həmçinin xəbərdarlıq edib ki, Livana müdaxilə bütün dünya üçün təhlükəli olacaq konfliktə çevrilə bilər:
“Biz gərək İsrailin davam edən cinayət fəaliyyətinin qarşısını alaq. Hizbullah təkbaşına İsrailə müqavimət göstərə bilməz”.
Əliyar Xəlil
Globalinfo.az