“Köhnə Füzulinin barbar xarabalıqları işğalın faciəvi xatırlatmasıdır” – VİDEO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı hesabında Füzulidən video paylaşıb.

Globalinfo.az xəbər verir ki, H.Hacıyev paylaşımda qeyd edib:

“Füzuli sakinləri diplomatik korpusun iştirakı ilə 17 oktyabr – Şəhər Gününü qeyd edirlər. Məhz 2020-ci ilin bu günündə Füzuli 30 illik erməni işğalından azad edilib. Keçmiş məcburi köçkünlər və qaçqınlar yeni tikilən binalara qayıdırlar, uşaqlar məktəbə gedirlər.

Sağda köhnə Füzulinin barbar xarabalıqları – işğalın faciəvi xatırlatmasıdır”.