pasinyan99

Ermənistanın Baş naziri Nikol Paşinyan həbsdə olan keçmiş maliyyə naziri Qaqik Xaçaturyanın səhhəti ilə bağlı yayılan məlumatları şərh edərkən ölkədə təqsirsizlik prezumpsiyasının tətbiqinə dair iradlarını səsləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat verib.

Paşinyan bildirib ki, təqsirsizlik prezumpsiyasından əsasən Qaqik Xaçaturyan, Robert Köçəryan, Serj Sarkisyan, Qaqik Sarukyan və onlara bənzər şəxslər yararlanır:

“Siyasi məsuliyyət ondan ibarətdir ki, Qaqik Xaçaturyan azadlığa çıxanda hüquqi proseslər baxımından simulyasiyaya ehtiyac qalmasın. O zaman nəinki yeriyəcək, hətta qaçacaq. Qaçaraq gedib baxmalıdır ki, pensiyası hesabına yatıb, ya yox. Eyni şey Robert Köçəryana da aiddir. Bu adamlar (Robert Köçəryanın turnikdəki hərəkətlərini nəzərdə tutur – red.) bir ay əvvəl turnikdə fırlanırdılar, ittihamı görən kimi “ölümcül xəstə”yə çevrilirlər. Bu nə məntiqdir? “Ölümcül xəstə” idilərsə, seçkilər zamanı deyərdilər də, “ölümcül xəstəyik”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: