b013e8bf c370 426f aecf d286e87a5057

Demarkasiya prosesi çərçivəsində Ermənistanın Tavuş vilayətinin Kirants kəndinin Azərbaycana keçən hissəsindən yayılan foto diqqət çəkib. 

Globalinfo.az xəbər verir ki, görüntünü “Sputnik Ermənistan” paylaşıb.

Məlumata görə, kəndin Azərbaycana təhvil verilən hissəsinə digər hissədə yaşayan sakinlərin keçməməsi üçün erməni sərhədçilər canlı sədd yaradıblar.

Fotoda sərhədçilərin Kirantsın digər hissəsində yaşayan sakinləri izlədiyi görünür.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: