Kılıçdaroğlunun blokundan Azərbaycan açıqlaması: “Zəngəzur dəhlizi…” – VİDEO

“Altılı masa”da təmsil olunan İYİ Partiya sözçüsü professor Kürşad Zorlu “Haber Global” kanalına maraqlı açıqlama verib.

Globalinfo.az bildirir ki, o, “Altılı masa”nın hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan siyasəti ilə bağlı açıqlama verərək narahatlığa əsas olmadığını bildirib:

“Heç bir narahatlığa əsas yoxdur. Hazırda Türkiyə-Azərbaycan münasibətləri necədirsə, elə də davam ediləcək”.

Xatırladaq ki, CHP lideri və “Altılı masa”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun ötən həftə sonu “Yeni İpək Yolu” layihəsi haqda danışarkən, Azərbaycanın adını çəkməməsi, göstərdiyi layihədə ölkəmizin adının çəkilməməsi ölkə ictimaiyyətində ciddi narazılıq və narahatlıq yaratmışdı.

Kamal Kılıçdaroğlunun bu çıxışının ardından belə bir açıqlamanın verilməsi vəziyyətə kifayət qədər aydınlıq gətirmiş oldu. Buna rəğmən Azərbaycan ictimaiyyətində narahatlıq qalmaqdadır.