Kaya Kallas

Avropa İttifaqı () hələ İsrailə qarşı genişmiqyaslı sanksiyalar tətbiq etmir və ticarət sazişlərini dayandırmır”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

O bildirib ki, 27 üzv ölkə arasında yekdil razılıq yoxdur.

Kallasın sözlərinə görə, tez-tez belə bir sual verilir: niyə Aİ-nin RusiyaUkrayna ilə bağlı vahid mövqeyi var, amma İsrail məsələsində eyni birlik yoxdur.

O qeyd edib ki, bunun səbəbi tarixi və siyasi fərqlərdir və üzv ölkələr arasında ortaq mövqe formalaşdırmaq çox çətindir:

“Avropa İttifaqı hazırda İsrailə qarşı geniş iqtisadi sanksiyalar tətbiq etməyib. Blokun məhdudlaşdırıcı tədbirləri yalnız fərdi şəxslərə, xüsusilə Qərb Sahilində zorakılıqlarda iştirak edən bəzi israilli radikal məskunlaşanlara və ekstremist qruplara qarşı yönəlib”.

9 iyun tarixində Fransa, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveç Qərb Sahilindəki zorakılıqlara görə məsul şəxslərə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Bundan əvvəl isə Aİ İranla bağlı ilk sanksiyaları tətbiq etmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: