interpol

Türkiyənin 13 əyalətində “Kafes-31” əməliyyatı keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, əməliyyat çərçivəsində 12 ölkə tərəfindən İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 42 şübhəli saxlanılıb:

“Bu şəxslər Almaniya, Azərbaycan, Bosniya və Herseqovina, İran, İsveç, Finlandiya, Qazaxıstan, Qırğızıstan, Misir, Rusiya, Türkmənistan və Özbəkistan tərəfindən axtarışa verilib”.

Əməliyyat zamanı tutulan şəxslər Mütəşəkkil Cinayətkarlıq Təşkilatına üzvlük, qeyri-qanuni silah ticarəti, narkotik ticarəti, qəsdən adam öldürmə, immiqrant qaçaqmalçılığı, maliyyə fırıldaqlığı, oğurluq və qarət, rəsmi sənədlərin saxtalaşdırılması və vergidən yayınma kimi cinayətləri törətməkdə şübhəli sayılırlar.

Paylaş: