Britaniyanın Tbilisidəki səfiri Qaret Uord Gürcüstanın Xarici İşlər Nazirliyinə dəvət edilib.
Globalinfo.az xəbər verir ki, məlumatı Gürcüstanın İctimai Televiziyası yayıb.
Səfir XİN-ə Gürcüstana qarşı sanksiyaların tətbiqindən sonra çağırılıb.
Onun XİN-də danışıqlar apardığı bildirilib.
Qeyd edək ki, bundan öncə Britaniya Gürcüstan daxili işlər naziri və digər yüksək vəzifəli şəxslərinə sanksiya tətbiq edib. Bununla Britaniya Gürcüstan rəsmilərinə qarşı personal sanksiya tətbiq edən ilk əsas Qərb gücü olub.
Əliyar Xəlil
Globalinfo.az